Layihə Haqqqında

“Premium Residence” Pilot layihə çərçivəsində yeni “5 Ulduz” yaşayış kompleksinin tikintisinə başlamışdır. 5 ulduz hotel səviyyəsində yaşayış vəd edən kompleks paytaxtın inkişaf etmiş infrastruktura malik mərkəzi rayonunda xüsusi layihə əsasında inşa olunur.
Müasir üslubda layihələndirilmiş 14 mərtəbəli 5 binadan ibarət yaşayış kompleksində mənzillərin planlaşdırılması keyfiyyətli mənzillərə olan müasir tələblərə - böyük hollar, geniş mətbəxlər, işıqlı qonaq otaqları, rahat yataq və vanna otaqları tələblərinə tam uyğundur.
5 ulduz xidmət, dəbdəbəli dizayn, əlverişli yerləşmə, rahatlıq və təhlükəsizlik – bütün bunlar “Premium Residence” kompleksini yaşamaq üçün ən cəlbedici yerlərdən birinə çevirir.

Üstünlüyümüz

5 ulduz hotel səviyyəsində giriş hollu və 24/7 reception xidməti
1 hektar avtomobilsiz qapalı həyət və 1 km-lik piyada gəzinti zolağı
Kompleksə məxsus yaşıllıqlarla zəngin individual park
Bir-birindən ara məsafəsi geniş olan 5 binalı kompleks
4000 kv.m hipermarket və alış-veriş mərkəzi

Kompleksə daxildir

Geniş uşaq meydançası

Geniş uşaq meydançası

2 mərtəbəli,300 maşınlıq yeraltı parkinq
2 mərtəbəli,300 maşınlıq yeraltı parkinq
7/24 mühafizə və müşahidə kameraları
7/24 mühafizə və müşahidə kameraları
Avropa istehsalı liftlər

Avropa istehsalı liftlər

Tavanın hündürlüyü
3.3 m.
Tavanın hündürlüyü
3.3 m.
Türk istehsalı 70 mm
pəncərə
Türk istehsalı 70 mm
pəncərə
Həyətyanı sahə - 1 ha

Həyətyanı sahə - 1 ha

Su çəni və daimi su təchizatı

Su çəni və daimi su təchizatı

Qazlaşdırma və fərdi kombi

Qazlaşdırma və fərdi kombi

Hipermarket 4000 kv.m

Hipermarket 4000 kv.m

Əlverişli yerləşmə

“5 Ulduz” yaşayış kompleksi Heydər Əliyev Mərkəzi və Dədə Qorqud parklarından piyada gəzinti məsafəsində yerləşir. Yaxınlıqda bir neçə universitet və orta məktəblər, biznes və ticarət mərkəzləri, parklar mövcuddur.
Kompleksin uğurlu yerləşməsi bina sakinlərinin gediş-gəlişini asanlaşdıracaq, həmçinin, kompleksdə yerləşəcək ofis və alış-veriş mərkəzlərini paytaxt sakinləri üçün əlçatan edəcəkdir.

Tikinti

“5 Ulduz” yaşayış kompleksində binalar yüksək keyfiyyətli, ekoloji baxımdan təhlükəsiz materiallarla tikilir. Binaların yüksək zəlzələ davamlılığını təmin edən monolit dəmir beton karkası və möhkəm monolit təməli vardır.
Tikintidə yüksək istismar xüsusiyyətləri təmin edən qabaqcıl texnologiyalar tətbiq olunur.
Dekorativ relyef elementləri fasada xüsusi bəzək verir.
Binalar Avropa istehsalı olan müasir avadanlıqlarla təchiz edilir, səssiz, sürətli liftlər quraşdırılır.