Premium Residence şirkəti artıq 15 ildən çoxdur ki, daşınmaz əmlak sektorunda uğurla fəaliyyət göstərir. 2005-ci ildə əsası qoyulduğu gündən bəri şəhərimizin müxtəlif yerlərində bir neçə yaşayış binasının tikintisini tamamlayaraq sakinlərin ixtiyarına vermişdir.
Fəaliyyət göstərdiyi uzun illər ərzində qazandığı təcrübələrə dayanaraq hal-hazırda Bakının infrastruktur baxımından ən əlverişli yerlərindən olan Təbriz küçəsində “5 Ulduz” premium yaşayış kompleksinin tikintisinə başlamışdır.
Məqsədimiz inşaat sektorunda qazandığımız təcrübə ilə yeni dövrün standartlarına cavab verən binalar inşa etmək, bu sahədə ölkəmizdə ən etibarlı şirkətlər siyahısında ön sıralarda olmaqdır.

Premium Residence-Yaşayış Kompleksi